Bank Of Baku

İranda avtobus yük avtomobili ilə toqquşub, 11 nəfər ölüb

İranda avtobus yük avtomobili ilə toqquşub, 11 nəfər ölüb
# 20 aprel 2017 10:17 (UTC +04:00)

İranda sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində 11 nəfər ölüb, 17 nəfər xəsarət alıb.

 

APA-nın Tehran bürosunun məlumatına görə, avtobus ötən gecə Məşhəddən İsfahana gedərkən Səbzivar şəhəri yaxınlığında  qarşıdan gələn yük maşını ilə toqquşub.

 

7 nəfər hadisə yerində, 4 nəfər isə aldığı ağır xəsarət nəticəsində xəstəxanada ölüb.

 

Faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, yük maşınının sürücüsü qəflətən dönmə əməliyyatı edib və nəticədə qəza şəraiti yaranıb. Yük avtomobili ilə toqquşan avtobus aşıb.  
 

Qeyd edək ki, Səbzivar-Şahrud magistral yolunun uzunluğu 250 kilometrdir. Bu magistral ən çox qəza baş verən avtomobil yollarından biri sayılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR