Bank Of Baku

Mingəçevirdə vergi uçotuna alınmadan fəaliyyət göstərən obyekt aşkarlanıb - FOTO

Mingəçevirdə vergi uçotuna alınmadan fəaliyyət göstərən obyekt aşkarlanıb - FOTO
# 08 iyul 2026 15:23 (UTC +04:00)

Dövlət Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi tərəfindən aparılmış təhlil və monitorinqlər zamanı Mingəçevir şəhəri, A.Şaiq küçəsi, ev 1 ünvanında yerləşən istehsal obyektində rəsmi uçotdan kənar pivə istehsalının təşkili və qeyri-rəsmi dövriyyəyə çıxarılması ilə bağlı əsaslı şübhələr yaranıb.

"APA-Economics" Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bununla bağlı təyin olunmuş operativ nəzarət tədbiri zamanı həmin ünvanda fəaliyyət göstərən fərdi sahibkar Tağıyev Xəyyam Aydın oğlunun təsərrüfat subyektini vergi orqanlarında uçota almadan fəaliyyət göstərdiyi müəyyən edilib.

Nəzarət tədbiri zamanı istehsal sahəsində və müxtəlif anbarlarda ümumilikdə 198 min litr hazır pivə məhsulu, onun qablaşdırılması üçün nəzərdə tutulmuş çoxsaylı çəlləklər, habelə mənşəyini təsdiq edən sənədlər olmadan əldə edilmiş istehsal üçün istifadə olunan 14 ton arpa səmənisi, 300 kiloqram pivə mayası və 2 tondan çox digər xammal məhsulları aşkar olunub. Faktlar qanunvericiliyin tələblərinə uyğun sənədləşdirilib və müvafiq tədbirlər görülüb.

Dövlət Vergi Xidməti bütün sahibkarlıq subyektlərini vergi və digər qanunvericiliklə müəyyən edilmiş tələblərə ciddi riayət etməyə çağırır. Qanunvericiliyin tələblərinə əməl olunması sahibkarların əlavə maliyyə sanksiyaları və digər hüquqi məsuliyyət tədbirləri ilə üzləşməsinin qarşısını almaqla yanaşı, bazarda sağlam, bərabər və ədalətli rəqabət mühitinin qorunmasına, “kölgə iqtisadiyyatı”nın həcminin azaldılmasına xidmət edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR