Bank Of Baku

İranda azərbaycanlı fəal azadlığa buraxılıb

İranda azərbaycanlı fəal azadlığa buraxılıb
# 21 fevral 2013 00:43 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda azərbaycanlı fəal azadlığa buraxılıb. APA-nın məlumatına görə, Bəhmən Xaliqi fevralın 20-də günorta saatlarında sərbəst buraxılıb.

 

Qeyd edək ki, “İşıq” kitab mağazasının sahibi olan B. Xaliqi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən yanvarın 13-də Binab şəhərində mənzilində tutulub. Evdə yoxlama aparılıb, azərbaycanlı fəala məxsus kompüter və Azərbaycan dilində nəşr etdiyi kitablar götürülüb. B. Xaliqi 2012-ci il dekabrın 27-də İranın Şərqi Azərbaycan vilayəti ilə Ermənistan arasında əlaqələrin genişlənməsinə etiraz olaraq Marağanın "Müsəlla" meydanında keçirilmiş aksiyada iştirak etdiyinə görə həbs olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR