Bakı. Könül Cəfərli – APA. İranda azərbaycanlı fəal azadlıqdan məhrum edilib. APA-nın məlumatına görə, Sərab İnqilab Məhkəməsi Babək Bəqayiyə 6 ay həbs cəzası verib. Azərbaycanlı fəal hakimiyyətin əleyhinə təbliğat aparmaqda ittiham edilib.
Qeyd edək ki, B.Bəqayi 2012-ci ilin iyul ayında İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub, bir neçə həftə Sərab və Təbriz şəhərlərinin təcridxanalarında saxlanılıb. Azərbaycanlı fəal bir müddət sorğu-suala tutulduqdan sonra 30 milyon tümən zəmanətlə azadlığa buraxılıb.