Bank Of Baku

İranda azərbaycanlı fəal həbs edilib

İranda azərbaycanlı fəal həbs edilib
# 11 aprel 2013 14:40 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İranda azərbaycanlı fəal həbs edilib.

 

APA-nın “Oyannews”a istinadən məlumatına görə, Abdullah Nuri aprelin 10-da Asiya Çempionlar Liqasının qrup mərhələsinin oyunları çərçivəsində Təbrizin “Səhənd” stadionunda “Traktor” futbol komandası ilə Səudiyyə Ərəbistanının “əş-Şəbab” klubu arasında keçirilmiş görüşdən sonra İran təhlükəsizlik qüvvələri tərəfindən tutulub. Azərbaycanlı fəalın nədə günahlandırıldığı məlum deyil.

 

Qeyd edək ki, “Traktor” - “əş-Şəbab” görüşündə Azərbaycanın bayrağı qaldırılıb, “Yaşasın Azərbaycan!” şüarı səsləndirilib, casusluqda ittiham edilərək 8 il azadlıqdan məhrum edilmiş və hazırda Tehranın Evin həbsxanasında saxlanılan hüquq müdafiəçisi, jurnalist Səid Mətinpura azadlıq tələbi ilə üzərində ingilis dilində yazılmış “Free Saeid Matinpoor” plakatı qaldırılıb, həmçinin İran bayrağı cırılaraq dalğalanmasına imkan verilməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR