Bakı. Könül Cəfərli – APA. İranda Təbrizin mərkəzi həbsxanasında saxlanılan tanınmış azərbaycanlı fəal Fərdin Muradpur aclıq aksiyasına başlayıb.
APA-nın “Oyannews”a istinadən məlumatına görə, o, həbsxanada saxlanılma şəraitinin ağır olmasına, zindan məmurlarının pis rəftarına, ailəsi ilə görüşmək yasağına etiraz olaraq martın 14-dən aclıq aksiyasına başlayıb. Dünən anası Fərdini görmək üçün həbsxanaya getsə də, oğlu ilə görüşməyə icazə verilməyib.
Qeyd edək ki, 19 yaşında həbs edilən, qanunsuz təşkilatlanmada və hökumətə qarşı təbliğat aparmaqda təqsirləndirilən F.Muradpur 6 il həbs cəzasına məhkum edilib.