Bakı. Könül Cəfərli – APA. İranda bir neçə ölkə səfirinin xanımı Qaradağ bölgəsinə səfər edib. APA-nın İRNA-ya istinadən məlumatına görə, martın 12-də Çin, İndoneziya, Suriya, Çexiya səfirlərinin xanımları və Filistin səfirin qızı zəlzələdən zərərçəkənlərlə görüşmək üçün Vərziganda olublar.
Qeyd edək ki, 2012-ci il avqustun 11-də episentri Əhər, Heris və Vərzigan şəhərləri olmaqla İranın Şərqi Azərbaycan vilayətində 6,2 bal gücündə zəlzələ baş verib. Bu şəhərlərə aid 60 kəndin 80 faizinə ciddi ziyan dəyib, Herisin Bacabac və Çobandar kəndləri tamam dağılıb. Nəticədə rəsmi rəqəmlərə görə, zəlzələ nəticəsində 155 min nəfər zərər çəkib. Onlardan 306 nəfəri ölüb, 3037 nəfəri yaralanıb.