Bank Of Baku

İranda bloggerlərin həbslərin davam edir

İranda bloggerlərin həbslərin davam edir
# 13 aprel 2013 14:57 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda mühafizəkar blogger azadlıqdan məhrum edilib. APA-nın məlumatına görə, molla Müctəba Daneştələbə İranın ali dini lideri, ayətullah Əli Xamneyini öz veb-bloqunda tənqid etdiyinə görə 6 ay həbs cəzası verilib.

 

Bundan əlavə, Kirmanşah şəhərində daha bir blogger Purya Fərazmənd isə həbs edilib. Şahidlər silahlı mülki geyimli şəxslərin bloggeri tutarkən döydüyünü bildiriblər. P.Fərazmənd «Moşt» tələbə dərgisinin redaksiya heyətinin üzvüdür. Onun harada saxlanıldığı barədə heç bir məlumat yoxdur.

 

Qeyd edək ki, son aylar İranın Tehran, Əlborz, Kürdüstan, Xorasan və İsfahan şəhərlərində onlarla blogger və sosial şəbəkələrdə fəal olan tənqidçilər həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR