Bakı. Könül Cəfərli-APA. İranın Sari şəhərində bu gün yerli vaxla saat 10:47-də 1 nəfər edam edilib. APA-nın məlumatına görə, narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilən məhbus barədə yeli məhkəmə edam hökmü çıxarıb. Qərar Sarinin mərkəzi həbsxanasının həyətində icra edilib. Qeyd edək ki, İran edam cəzalarının sayına görə dünyada Çindən sonra ikinci yeri tutur.