Bank Of Baku

İranda daha bir nəfər prezidentliyə namizədliyini irəli sürüb

İranda daha bir nəfər prezidentliyə namizədliyini irəli sürüb
# 18 mart 2013 09:27 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İranda daha bir nəfər prezidentliyə namizəd olacağını açıqlayıb. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bu, Mərdomsalari Partiyasının baş katibi Mustafa Kəvakibiyandır.

 

O, növbəti seçkilərdə əsas şüarının “Əxlaq dövləti” olacağını açıqlayıb: “Hansısa bir namizədin dövlətin imkanlarından istifadə edərək özünü tanıtdırmasının qarşısı alınmalıdır. Son söz İran Konstitusiyası və rəhbərdir (ali dini lider, ayətullah Əli Xamneyi nəzərdə tutulur)”.

 

M.Kəvakibiyan münasib zamanda ABŞ-la əlaqələr qurmağın tərəfdarı olduğunu da bildirib: “Əgər ABŞ-la münasibətlər yoluna qoyulmasa, İrana qarşı sanksiyalar aradan qaldırılmayacaq”.

 

Qeyd edək ki, M.Kəvakibiyan İran parlamentinin deputatı, eks-prezident Məhəmməd Xatəminin tərəfdaşı olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR