Bank Of Baku

İranda daha iki jurnalist azadlığa buraxılıb

İranda daha iki jurnalist azadlığa buraxılıb
# 02 mart 2013 22:03 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda bu il yanvarın sonlarında həbs edilmiş daha iki jurnalist azadlığa buraxılıb. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bunlar “Bahar” qəzetinin əməkdaşları Süleyman Məhəmmədi və Pejman Musəvidir.

Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları yanvarın 26-dan bəri xarici ölkələrdə fəaliyyət göstərən bir sıra əks-inqilabçı media və telekanallarla, xüsusilə Böyük Britaniyanın BBC teleradiosu ilə əməkdaşlıqda günahlandıraraq 17 jurnalisti həbs edib. Onlardan yalnız Süleyman Məhəmmədi və Pejman Musəvi də daxil olmaqla 13 nəfəri azadlığa buraxılıb. Bundan əvvəl də Mütəhhirə Şəfiyi, Cavad Dəliri, Hüseyn Yağçı, Emili Əmrai, Nərgiz Cudəki, Fatimə Sağərçi, Keyvan Mehreqan, Reyhanə Təbatəbayi, Əli Əkbər Müntəcəbi, Purya Aləmi və Milad Fədayiəsl zəmanətlə azadlığa buraxılıb. Hazırda Nəsrin Təxiri, Sasan Ağayi, Səba Azərpeyk və Ehsan Mazandarani hələ də həbsxanadadırlar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR