Bakı. Könül Cəfərli – APA. İranda dollar və qızıl sikkənin qiyməti enib. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hazırda ölkənin valyutadəyişmə məntəqələrində dollar 3100 tümənə mübadilə edilir. Bir müddət əvvəl 1 ABŞ dolları 3950 tümən idi.
Qeyd edək ki, xarici valyutanın düşməsinə səbəb kimi fevralın 26-27-də Qazaxıstanın Almatı şəhərində İranla “altılıq” ölkələri arasında keçirilmiş və müsbət irəliləyişin əldə olunduğu müzakirələr göstərilir. Eyni zamanda İranın xarici işlər naziri Əli Əkbər Salehi martın 3-dən etibarən sanksiyaların tədricən aradan qaldırılacağını bildirib.