Bank Of Baku

İranda hər il 200 min nəfər burun əməliyyatı etdirir

İranda hər il 200 min nəfər burun əməliyyatı etdirir
# 04 mart 2013 08:07 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli-APA. “İranda islam respublikası qurulandan, yəni 1979-cu ildən bəri estetik əməliyyatlar keçirənlərin sayı xeyli artıb. APA-nın “Deutsche Welle” teleradiosunun fars redaksiyasına istinadən məlumatına görə, qadınlar üzərində ictimai basqının ağır olduğu qonşu ölkədə estetik əməliyyatlar sanki bir üsyan formasına çevrilib: “Örtünmələri zəruri olan qadınlar estetik əməliyyatı ölkənin məhdudlaşdırıcı qaydalarına qarşı bir etiraz olaraq görürlər. Estetik əməliyyat keçirən bir qadın deyir ki, onların gözəlliklərini göstərmələrini istəmirlər: “Gözəl bir görünüşlə, saçla, cildlə diqqət çəkmək insanın təbiətində var. Lakin örtünmək məcburiyyətində olduğumuz üçün bunu edə bilmirik. Biz də bu instinktləri sənəti üzümüzə əks etdirərək təmin edirik”.

 

Xəbərdə deyilir ki, İranda 14 yaşındakı qızlar belə estetik əməliyyatlara meyllidir və televiziyada gördükləri Hollivud ulduzlarına oxşamaq istəyirlər: “Baxmayaraq ki, ölkədə estetik əməliyyat həyata keçirmək üçün cəmi 157 nəfərə sertifikat verilib, ancaq hazırda 7000 nəfər bu işlə məşğuldur”.

 

Beynəlxalq sanksiyalarla iqtisadiyyatı sarsılan İranda estetik əməliyyatlar elə də ucuz deyil: “Belə ki, burun əməliyyatı 5-10 milyon tümən, qarın və bədənin digər nayihələrindəki piy qatının götürülməsi 3-6 milyon tümən, üz və alının qırışlarının korrektəsi isə 5 milyon tüməndir. Hətta estetik əməliyyat üçün bankdan kredit götürənlər, avtomobillərini satanlar da var. Ümumilikdə hər il İranda 200 min nəfər burun əməliyyatı etdirir. Bu rəqəm isə İranı bu sahə üzrə dünya ölkələri arasında liderə çevirib”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR