Bank Of Baku

İranda iki azərbaycanlı fəal həbs edilib

İranda iki azərbaycanlı fəal həbs edilib
# 06 mart 2013 00:36 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli – APA. İranda iki azərbaycanlı fəal həbs edilib. APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Tikantəpə (Tekab) şəhərində Əli Hidayəti və Yədulla (Elman) Dəştini tutublar. Hər iki azərbaycanlı fəalın evində, iş yerlərində axtarış aparıldığı, onlara məxsus kompüterlər, Azərbaycan dilindəki kitablar və bir sıra şəxsi əşyaların müsadirə edildiyi bildirilir.

 

Qeyd edək ki, fevralın 26-da Asiya Çempionlar Liqasının qrup mərhələsinin oyunları çərçivəsində Təbrizin “Səhənd” stadionunda yerli “Traktor” komandası ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əlcəzirə” klubu arasında keçirilmiş görüşdən sonra Tikantəpə şəhərində daha on azərbaycanlı fəal ETTELAAT-a çağırılaraq sorğu-suala tutulduqdan sonra onları azadlığa buraxılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR