Bank Of Baku

İranda iki gündə 4 zəlzələ baş verib

İranda iki gündə 4 zəlzələ baş verib
# 02 may 2013 09:26 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Bu gün İranda zəlzələ baş verib. APA-nın Tehran Universiteti, Geofizika İnstitutu, Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən məlumatına görə, təbii fəlakət İranın Sistan və Bəlucistan vilayətində yerli vaxtla saat 02:48-də (Bakı vaxtı ilə 03:18-də) meydana gəlib.

 

4,2 bal gücündə olan zəlzələnin episentri İranşəhr şəhəri olub və yerin 85 kilometr dərinliyində baş verib. Təbii fəlakət İranşəhrdən 43 km, Bazmandan 57 km, Kaşdan 88 km və Tehrandan 1257 km uzaqlıqda baş verib.

 

Bundan əlavə, İranın Buşəhr vilayətində də zəlzələ baş verib. Təbii fəlakət yerli vaxtla saat 05:05-də (Bakı vaxtı ilə 05:35-də) meydana gəlib. 4,8 bal gücündə olan zəlzələnin episentri Abdan şəhəri olub və yerin 12 kilometr dərinliyində meydana gəlib. Təbii fəlakət Abdandan 17 km, Kakidən 22 km, Bərdxondan 29 km və Tehrandan 830 km uzaqlıqda baş verib.

 

Qeyd edək ki, mayın 1-də İranın Buşəhr vilayətində də yerli vaxtla saat 21:01-də (Bakı vaxtı ilə 21:31-də) 4.6 bal gücündə zəlzələ baş verib. Təbii fəlakətin episentri Kaki şəhəri olub və yerin 12 kilometr dərinliyində meydana gəlib. Zəlzələ Kakidən 7 km, Hörmücdən 35 km, Bərdxondan 38 km və Tehrandan 812 km uzaqlıqda baş verib. Bundan əlavə, həmin gün İranın Buşəhr vilayətinin Kaki şəhərində təkrar zəlzələ baş verib. 5.0 bal gücündə olan təbii fəlakət yerli vaxtla saat 23:01-də (Bakı vaxtı ilə 23:31-də) yerin 8 km dərinliyində meydana gəlib. Zəlzələ Kakidən 21 km, Abdandan 24 km, Bərdxondan 36 km və Tehrandan 823 km uzaqlıqda baş verib. Baş vermiş təbii fəlakətlər nəticəsində dağıntı və tələfat barədə heç bir məlumat verilməyib.

 

Qeyd edək ki, bu il aprelin 9-da yerli vaxtla saat 16:22-də yerin 12 km dərinliyində Buşəhr vilayətinin Kaki şəhərində Rixter cədvəli ilə 6.1 bal gücündə zəlzələ baş verib. Nəticədə Kaki, Hörmüz və Kenqan şəhərlərinə ciddi ziyan dəyib. Hörmüz şəhərinin ətrafında iki kənd tamamilə dağıdılıb. Təbii fəlakət nəticəsində 700 ev dağılıb, 39 nəfər ölüb, 1050 nəfər də yaralanıb. Ölənlərdən 8 nəfəri 10 yaşlarında uşaqlar olub. Buşəhr vilayətinin valiliyindən dəyən ziyanın miqdarının 154 milyard tümən olduğu bildirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR