Bank Of Baku

İranda iki jurnalist həbs edilib

İranda iki jurnalist həbs edilib
# 07 mart 2013 08:03 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli – APA. İranda iki jurnalist həbs edilib. APA-nın məlumatına görə, martın 6-da günorta saatlarında Tehran şəhər Prokurorluğunun qərarı ilə “Məğrib” (Qərb) qəzetinin redaktoru Məhəmməd Mehdi İmami-Nasiri və həmin mətbu orqanın siyasət şöbəsinin redaktoru Əlirza Ağayirad tutulub. Qəzetin baş redaktoru Əmir Musa Kazımi jurnalistlərin həbs edilməsi səbəblərinə aydınlıq gətirib: Ə. Ağayirad “Kişinin tərbiyəsi onun dövlətindən daha yaxşıdır” başlığı altında məqalə yazıb və yazı qəzetin 10-cu sayında dərc edilib. Əslində biz mətbuat qanununu pozmamışıq və jurnalist etikasından kənara çıxmamışıq. Hər bir qəzetdə bu cür tənqidi məqalələr dərc edilir”. O, qəzetin bağlanıb-bağlanmayacağının hələ bilinmədiyini deyib: “Bununla bağlı bizə məhkəmə tərəfindən hansıda qərar daxil olmayıb. Ona görə də biz öz fəaliyyətimizi davam etdirəcəyik”.

 

Qeyd edək ki, İranda bundan əvvəl xarici ölkələrin kütləvi informasiya vasitələri, xüsusilə BBC ilə əməkdaşlıqda günahlandırılaraq 19 jurnalist həbs edilib. Hazırda onlardan 17 nəfəri zəmanətlə azadlığa buraxılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR