Bank Of Baku

İranda iki yeni telekanal fəaliyyətə başlayıb

İranda iki yeni telekanal fəaliyyətə başlayıb
# 02 mart 2013 17:53 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda bu gün iki yeni telekanal rəsmi fəaliyyətə başlayıb. APA-nın məlumatına görə, açılış mərasimində İran prezidenti Mahmud Əhmədinejad və İran Radio və Televiziya Təşkilatının sədri İzətullah Zərqami də iştirak edib. “Salamat” telekanalı gün ərzində tibb və sağlamlıq mövzularında, seyr etmək mənasını verən “Tamaşa” telekanalı isə yerli və xarici serial və filmləri yayımlayacaq. Hər iki telekanal bütün ölkə ərazisinə yayımlanacaq. Bununla da İranda bütün ölkə ərazisinə yayımlanan telekanalların sayı 20-yə çatıb. Bundan əlavə, ölkənin 33 vilayətinin hər birinin yerli telekanalı var. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR