Bank Of Baku

İranda jurnalistlərin parlamentin iclaslarına buraxılmasını qadağan edən qanun müzakirəyə çıxarılacaq

İranda jurnalistlərin parlamentin iclaslarına buraxılmasını qadağan edən qanun müzakirəyə çıxarılacaq
# 21 fevral 2013 16:54 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli – APA. “İran parlamentinin iclaslarına jurnalistlərin buraxılmasını qadağan edən qanun üsul-qaydaların qəbulu üzrə komissiya tərəfindən təsdiq edilib”.  APA-nın “RadioFarda”ya istinadən məlumatına görə, bu barədə komissiyanın sədri İzzətullah Yusifian açıqlama verib.

 

O bildirib ki, bu qanunun gələn həftə parlamentdə müzakirəyə çıxarılacağı gözlənilir. Lakin mədəniyyət üzrə komissiyanın üzvü, Tehrandan deputat seçilən Əli Mütəhərri belə bir qanunun müzakirəyə çıxarılmasına və qəbul edilməsinə etirazını bildirib. O  parlamentinin iclaslarına jurnalistlərin buraxılmamasının ölkə Konstitusiyasına zidd olduğunu deyib: “Parlamentdə keçirilən müzakirələrdən xalqın xəbəri olmalıdır. Çünki məclisə seçilən deputatlar bu xalqın nümayəndələridir. Əgər jurnalistlər parlamentin iclaslarına buraxılmasalar, millət bir çox önəmli məsələlərdən xəbərsiz qalacaq. İran Konstitusiyasında yazılıb ki, parlamentdə qanun qəbulu ilə bağlı önəmli müzakirələr İran televiziyası və radiosu ilə canlı yayımlanmalıdır. Demək ki, Konstitusiyamızı hazırlayanlar müzakirələrin xalqa  çatdırılmasına çox önəm veriblər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR