APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar açıqlama verib.
O bildirib ki, bütün seçki prosesləri rəqəmsal formada həyata keçiriləcək və ümumi elektron səsvermə sistemindən istifadə etmək yaxşı sınaq olacaq.
Qeyd edək ki, İranda növbəti prezident seçkiləri bu il iyunun 14-də keçiriləcək.