Bank Of Baku

İranda sabiq millət vəkili həbs və sürgün cəzasına məhkum edilib

İranda sabiq millət vəkili həbs və sürgün cəzasına məhkum edilib
# 26 fevral 2013 10:34 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli – APA. İranda sabiq millət vəkili Mirtahir Musəvi azadlıqdan məhrum edilib. APA-nın “Kaleme” internet saytına istinadən verdiyi məlumata görə, Tehran İnqilab Məhkəməsi M. Musəviyə 5 il həbs cəzası verib. O, cəzasını Sistan və Bəluçistan vilayətinin həbsxanalarından birində çəkəcək. Eyni zamanda M. Musəvi həmin vilayətdə 10 il sürgün həyatı da yaşamalıdır. Ancaq onun nədə ittiham edildiyi barədə heç bir məlumat verilməyib.

 

Qeyd edək ki, M. Musəvi VI dönəm İran parlamentinin deputatı və Kərəc şəhərinin başçısı olub. O, 2009-cu il prezident seçkilərində hazırda iki ildən çoxdur ev dustaqlığında saxlanılan İran müxalifətinin liderlərindən olan Mirhüseyn Musəvini dəstəkləyib. Mirtahir Musəvi 2012-ci ilin iyul ayında həbs edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR