Bank Of Baku

İranda sabiq nazir prezidentliyə namizədliyini irəli sürəcək

İranda sabiq nazir prezidentliyə namizədliyini irəli sürəcək
# 20 fevral 2013 10:39 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli – APA. İranın sabiq rabitə və informasiya texnologiyaları naziri Əli Fəllahiyan prezident seçkilərində namizədliyini irəli sürəcək.

 

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə Ə. Fəllahiyanın özü açıqlama verib.

 

O, namizədliyinin mühafizəkar qüvvələr tərəfindən dəstəklənəcəyinə ümid etdiyini bildirib. Ə.Fəllahiyan əlavə edib ki, iyunun 14-də keçiriləcək prezident seçkilərinə “İnkişaf edən İslam ölkəsi” şüarı ilə qatılacaq.

 

Qeyd edək ki, Ə.Fəllahiyan Əli Əkbər Haşimi Rəfsəncaninin hakimiyyəti dövründə rabitə və informasiya texnologiyaları naziri vəzifəsini icra edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR