Bank Of Baku

İranda sanksiyalara qarşı mübarizə məqsədilə qərargah yaradılacaq

İranda sanksiyalara qarşı mübarizə məqsədilə qərargah yaradılacaq
# 26 noyabr 2012 16:17 (UTC +04:00)

 

 

Bakı. Könül Cəfərli – APA. İranda sanksiyalara qarşı mübarizə məqsədiylə  xüsusi iqtisadi qərargah yaradılacaq.

 

APA-nın İSNA-ya istinadən məlumatına görə, bu barədə İran parlamentinin planlaşdırma və büdcə komissiyasının sədri Qulamrza Məsbəhi Müqəddəm açıqlama verib.

 

O bildirib ki, bir neçə deputat tərəfindən belə bir qərargah yaradılması təklifi irəli sürülüb: “Mən də bu təklifi dəstəkləyirəm. Düşmənlərimiz öz intellektual qərargahlarını artıq yaradıblar. Bu qərargah İranın hər addımına qarşı fəaliyyət göstərir. Məsələn, İran nümayəndələri hara getsələr, ora dərhal əks tərəfin nümayəndələri səfər edir. Hesab edirəm ki, düşmənlərimizin fəaliyyətinə qarşı və yaranmış problemlərin həlli üçün xüsusi iqtisadi qərargah yaratmalıyıq. Bu təkliflə bağlı müxtəlif fikirlər var. Hələlik yaradılacaq qərargahın heyəti ilə bağlı heç nə deyə bilmərəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR