Bakı. Könül Cəfərli – APA. İranda “Facebook” və “Twitter” kimi sosial şəbəkələrə, eyni zamanda filtr tətbiq edilmiş saytlara istinad cəza sayılacaq.
APA-nın Almaniyanın “Deutch Welle” radiosunun fars redaksiyasına istinadən məlumatına görə, İranın İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat (ETTELAAT) və İslami İrşad və Mədəniyyət nazirliklərinin nəzdində fəaliyyət göstərən Kibercinayətkarlığa Qarşı Mübarizə İdarəsi bununla bağlı qərar qəbul edib.
Qeyd edək ki, İranın dövlət orqanlarının, rəsmi və qeyri-rəsmi xəbər agentliklərinin, xüsusilə ölkənin ali dini lideri, ayətullah Əli Xamneyinin “Facebook” və “Twitter” kimi sosial şəbəkələrdə hesabları var və davamlı olaraq öz xəbərlərini, məlumatlarını paylaşırlar. Sadə vətəndaşların isə sosial şəbəkələrə çıxışı çox məhduddur.