Bank Of Baku

İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb

İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb
# 02 mart 2013 01:10 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb. APA-nın Oyannews-a istinadən məlumatına görə, Məsud Bayrami 40 gün Təbriz şəhərinin mərkəzi həbsxanasında saxlanıldıqdan sonra martın 1-də sərbəst buraxılıb.

 

Qeyd edək ki, Məsud Bayrami Əkbər Mühaciri, Məhəmməd Rzabəxşi Xace, Rəhiməli Rzayi, Şəhram Dadaşi, Əmir Babayi, Vəli Bərqdar, Əsgər Ağayi Əlvəndi daha iki bəraət qazanmış milli fəalla birlikdə 2011-ci il sentyabrın 28-də afişa yaydıqlarına görə tutulmuşdular. Afişalar həmin il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində Urmiya gölü ilə bağlı məsələni müzakirə edərkən həbs olunmuş fəallarla bağlı imiş.

 

Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində mühakimə olunan azərbaycanlı fəallar bir il azadlıqdan məhrum ediliblər. Ancaq həbs cəzasının 8 ayı şərti olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR