Bakı. Könül Cəfərli – APA. İranda tanınmış azərbaycanlı fəal həbs edilib. APA-nın məlumatına görə, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Behbud Quluzadəni bu gün yerli vaxtla saat 11:30-da Qoşaçay (Miyandab) şəhərində tutaraq naməlum istiqamətdə aparılıb. Məlumatda E
Qeyd edək ki, azərbaycanlı fəal Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) Mərkəzi Şurasının keçmiş üzvü, hazırda isə Yeni GAMOH təşkilatı Mərkəzi Komitəsinin üzvüdür. B.Quluzadə 2010-cu ilin mayında 17 nəfər azərbaycanlı fəalla birlikdə həbs olunub və 8 ay ağır işgəncələrə məruz qaldıqdan sonra 250 min dollar mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılıb. B.Quluzadə 2006-cı ilin mayında da «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcindən sonra keçirilmiş etiraz aksiyaları zamanı həbs edilərək bir neçə ay ETTELAAT-ın təcridxanasında saxlanılıb.