Bank Of Baku

İranda yeni hərbi manevr başlayıb

İranda yeni hərbi manevr başlayıb
# 20 fevral 2013 10:11 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli – APA. İranın cənub-şərqindəki Sirənd və Sircan bölgələrində bu gün yeni hərbi manevr başlayıb.

 

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, “Uca Peyğəmbər-8” adlanan təlimdə ölkənin ən son texnoloji hərbi avadanlıqları sınaqdan keçiriləcək.

 

İran İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) komandanı, general Məhəmməd Pakpur bildirib ki, manevrin əsas hissəsi fevralın 23-dən 25-dək keçiriləcək: “Təlimin məqsədi İran Quru Qoşunlarının ən son texnoloji avadanlıqlarını sınaqdan keçirməkdir. Manevrdə fərdi və elektron avadanlıqlar sınaqdan keçirilməklə yanaşı, nəzəri biliklər də veriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR