Bank Of Baku

İranda yeni hərbi manevr keçirilir

İranda yeni hərbi manevr keçirilir
# 26 dekabr 2012 08:18 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli - APA. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) Hərbi-Dəniz Qüvvələrinin Fars (Bəsrə) körfəzində hərbi manevri başlayıb.

 

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, təlim ölkənin cənub sahilində Asaluyə və Cənubi Pars bölgəsində keçirilir. “Fəcr 91” adlanan manevr dörd gün davam edəcək. Təlim zamanı hərbi silah-sursatların sınaqdan keçiriləcəyi bildirilir. Manevrin keçirilməsində məqsəd “Sepah” Hərbi-Dəniz Qüvvələrinin müdafiə gücünü artırmaqdır.

 

Qeyd edək ki, İran Hərbi-Dəniz Qüvvələri Fars körfəzi və Oman dənizində yeni genişmiqyaslı hərbi manevr keçirəcək. “Vilayət-91” adlanan təlim dekabrın 28-də başlayacaq və 6 gün davam edəcək. Manevr bir milyon kvadratmetrlik sahədə keçirilməklə Hörmüz boğazı, Fars körfəzi, Oman dənizi və Şimali Hind okeanını əhatə edəcək. Təlimin keçirildiyi müddət ərzində əcnəbi gəmilərin əraziyə girməsinə icazə verilməyəcək. Manevrin keçirilməsində məqsəd hərbçilər arasında təcrübənin artırılması, yeni müdafiə taktikalarının icrası, hazırlıq gücünün artırılmasıdır. Hər iki təlimdə sualtı qayıqlar, destroyerlər, raket əleyhinə müdafiə sistemləri, elektron hərbi təchizatlarla yanaşı, iri hərbi gəmilər iştirak edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR