APA-nın Tehran Universiteti, Geofizika İnstitutu, Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən məlumatına görə, təbii fəlakət İranın Buşəhr vilayətində yerli vaxtla saat 07:59-da (Bakı vaxtı ilə 08:29-da) meydana gəlib. Yerin 16 kilometr dərinliyində baş verən təkanların gücü 4 bal olub. Zəlzələnin episentri Abdan şəhərinə düşüb. Tələfat və dağıntılar barədə heç bir məlumat verilmir. Təbii fəlakət Abdandan 13 km, Kakidən 37 km, Bəndər dayərdən 38 km və Tehrandan 837 km uzaqlıqda baş verib.