Bank Of Baku

İranın “altılıq” ölkələrinin təklifini qəbul etməsinə dair xəbər təkzib olunub

İranın “altılıq” ölkələrinin təklifini qəbul etməsinə dair xəbər təkzib olunub
# 06 aprel 2013 11:25 (UTC +04:00)

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bu barədə İranla “altılıq” ölkələri arasında  Almatıda keçirilən müzakirələrdə iştirak edən diplomat deyib. O bildirib ki, bu kimi xəbərlər həqiqəti əks etdirmir.

 

Qeyd edək ki, “əl-Mayadin” telekanalı Almatı görüşündə İranın “altılıq” ölkələrinin təklifini qəbul etdiyi və uranın 20 faiz  zənginləşdirilməsi prosesini 6 ay müddətinə dayandıracağı barədə xəbər yayıb.

 

Almatıda İranla “altılıq” ölkələri arasında danışıqların üçüncü raundu hazırda davam edir. Bakı vaxtı ilə saat 11.00-da başlayan danışıqların günortadan sonra başa çatacağı ehtimal olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR