Bakı. Könül Cəfərli – APA. İranın Berlindəki səfirliyinə dünən naməlum şəxslər tərəfindən hücum olub.
APA-nın məlumatına görə, 30 nəfər yaxın adam səfirliyin binasına daş və rəngli boyalar ataraq, İranın dövlət bayrağını cırıb. Onlardan 10 nəfər Berlin polisi tərəfindən saxlanılsa da, kimlikləri açıqlanmayıb.
Almaniyanın xarici işlər naziri Qido Vestervelle İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə telefon danışığında baş verənlərdən təəssüfləndiyini və səfirliyin təhlükəsizliyinin gücləndiriləcəyini bildirib.