Bank Of Baku

İranın bir vilayətində 16 ton narkotik maddə ələ keçirilib, 900 nəfər narkoman yaxalanıb

İranın bir vilayətində 16 ton narkotik maddə ələ keçirilib, 900 nəfər narkoman yaxalanıb
# 19 mart 2013 13:06 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İranın Xorasan-Rəzəvi vilayətində 2012-ci il martın 21-dən indiyədək 16 ton narkotik maddə aşkar edilib.

 

APA-nın İRNA-ya istinadən məlumatına görə, bu barədə vilayətin nizam-intizam qüvvələrinin rəhbəri Bəhmən Əmiri Müqəddəm açıqlama verib.

 

O bildirib ki, nizam-intizam qüvvələri tərəfindən 157 əməliyyat keçirilib, nəticədə Xorasan-Rəzəvidə 14 ton, vilayətin sərhəd rayonlarında isə 2 ton narkotik maddə ələ keçirilib: “Bu müddət ərzində aparılmış xüsusi əməliyyatlar nəticəsində 900 nəfərdən çox narkotik aludəçisi yaxalanıb. Onlar müalicə almaq üçün reabilitasiya mərkəzlərinə göndərilib”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR