Bank Of Baku

İranın BMT-dəki daimi nümayəndəsi BMT Təhlükəsizlik Şurasının sədrinə məktub yazıb

İranın BMT-dəki daimi nümayəndəsi BMT Təhlükəsizlik Şurasının sədrinə məktub yazıb
# 15 fevral 2013 09:54 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli – APA. “İrana qarşı təzyiqlər nüvə probleminin həlli üçün göstərilən diplomatik səylərə mənfi təsir edir”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzai BMT Təhlükəsizlik Şurasının sədrinə yazdığı məktubunda  bildirib.

 

O, nüvə yanacağını istehsal etməyin İranın da haqqı olduğunu yazıb: “Tehran qarşılıqlı hörmət və uzlaşma əsasında nüvə müzakirələrinə davam etməyə hazırdır. İran sülh məqsədləri üçün nüvə enerjisindən istifadə haqqını bundan sonra da müdafiə edəcək. Bizim rəsmilər bəzi dövlətlərin ölkəmizə qarşı təzyiq və müzakirə siyasətini eyni zamanda yürütməsinə dəfələrlə etiraz edib. Danışıqların uğurla nəticələnməsi üçün müzakirələr əməkdaşlıq psixologiyası ilə həyata keçirilməlidir”.

 

 

 


 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR