Bakı. Könül Cəfərli - APA. NATO-nun Türkiyə-Suriya sərhədinə yerləşdirəcəyi «Patriot» raketləri rəsmi Ankaranın təhlükəsizliyinin təmin olunmasına xidmət etməyəcək. Əksinə, yalnız Türkiyənin öz təhlükəsizliyinə zərər vuracaq. APA-nın İSNA-ya istinadən məlumatına görə, bu fikirləri İranın müdafiə naziri, general-mayor Əhməd Vahidi bildirib.
Onun sözlərinə görə, Qərb həmişə öz dünyagörüşünə və mənafeyinə görə hərəkət edir: «Biz Qərb ölkələrinin regional əlaqələrə müdaxilə etməsinə qarşıyıq».