Bakı. Könül Cəfərli - APA. İranın Şərq Azərbaycan vilayəti ilə Ermənistanın Armavir vilayəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İranın Şərqi Azərbaycan vilayətinin valisi Əhməd Əlirza Beygi bildirib.
Onun sözlərinə görə, sənəd bir neçə gün əvvəl Ermənistanın paytaxtı İrəvan şəhərində imzalanıb: “İki ölkənin sərhəd vilayətləri arasında imzalanmış müqavilə 25 maddədən ibarətdir. Sənəddə birgə sərgilərin təşkil edilməsi, turizm xidmətləri, rafinə olunmuş neftin istehsalı imkanlarının araşdırılması, azad ticarət zonasına investisiya yatırılması imkanları və s. öz əksini tapıb”.
Ermənistanın Armavir vilayətinin qubernatoru Aşot Qəhrəmanyan isə deyib ki, yeni müqavilə iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə müsbət təsir göstərəcək.