Bank Of Baku

İranın Şərqi Azərbaycan vilayətində son 6 ay ərzində 4162 yeraltı təkan qeydə alınıb

İranın Şərqi Azərbaycan vilayətində son 6 ay ərzində 4162 yeraltı təkan qeydə alınıb
# 05 mart 2013 11:43 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli - APA. İranın Şərqi Azərbaycan vilayətinin Vərzigan şəhərində son 6 ay ərzində 4162 yeraltı təkan qeydə alınıb.

 

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bununla da Vərzigan şəhəri yeraltı təkanların sayına görə Yaponiyanın rekordunu qırıb.

 

Vərziganda son yeraltı təkanlar 2013-cü il martın 3-də yerli vaxtla saat 20:59-da qeydə alınıb. Rixter şkalası üzrə 4,2 bal gücündə olan zəlzələnin episentri yenə də Vərzigan şəhəri olub. Yerin 18 km dərinliyində baş verən zəlzələ nəticəsində dağıntı və ya insan tələfatı olmayıb. Yeraltı təkanlar Təbriz və Əhərdə də hiss olunub.

 

Qeyd edək ki, 2012-ci il avqustun 11-də episentri Əhər, Heris və Vərzigan şəhərləri olmaqla İranın Şərqi Azərbaycan vilayətində 6,2 bal gücündə zəlzələ baş verib. Bu şəhərlərə aid 60 kəndin 80%-nə ciddi ziyan dəyib, Herisin Bacabac və Çobandar kəndləri tamam dağılıb. Nəticədə rəsmi rəqəmlərə görə, zəlzələ nəticəsində 155 min nəfər zərər çəkib. Onlardan 306 nəfəri ölüb, 3037 nəfəri yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR