Bakı. Könül Cəfərli - APA. İranın Şərqi Azərbaycan vilayətində bu gün yenə zəlzələ baş verib.
APA-nın İSNA-ya istinadən məlumatına görə, təbii fəlakət fevralın 13-də yerli vaxtla saat 02:01-də qeydə alınıb.
Rixter şkalası üzrə 3,7 bal gücündə olan zəlzələnin episentri yenə də Vərzigan şəhəri olub. Yeraltı təkanlar Əhərdə və Herisdə də hiss olunub.
Qeyd edək ki, avqustun 11-də episentri Əhər, Heris və Vərzigan şəhərləri olmaqla İranın Şərqi Azərbaycan vilayətində 6,2 bal gücündə zəlzələ baş verib. Bu şəhərlərə aid 60 kəndin 80%-nə ciddi ziyan dəyib, Herisin Bacabac və Çobandar kəndləri tamamilə yerlə-yeksan olub. Nəticədə rəsmi rəqəmlərə görə, zəlzələ nəticəsində 155 min nəfər zərər çəkib. Onlardan 306 nəfər ölüb, 3037 nəfər yaralanıb.