Bank Of Baku

İranın Türkmənistana borcu 1 milyard dollara çatıb

İranın Türkmənistana borcu 1 milyard dollara çatıb
# 20 dekabr 2012 10:57 (UTC +04:00)

 APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu səbəbdən Türkmənistan İrana təbii qazın verilişini dayandırmaqda davam edir. Xəbərdə bildirilir ki, iki ölkə arasında yaranmış borc probleminin səbəbi maliyyə məsələləri ilə bağlıdır.

 

Qeyd edək ki, ABŞ və Avropa Birliyi tərəfindən İranın bank sisteminə sanksiyalar tətbiq edilib. Belə ki, heç bir xarici bank İran banklarına pul köçürə və ya İran  banklarından xarici banklara köçürmə əməliyyatları apara bilməz. Bu səbəbdən İranın xarici dövlətlərlə iqtisadi mübadilələrində bir sıra problemlər ortaya çıxıb. Rəsmi Tehran Aşqabaddan alınan qazın pulunu banklar vasitəsi ilə bu ölkənin bank hesablarına köçürə bilmir. İndiyədək də pulun hansısa formada ödənməsi ilə bağlı iki tərəf əlverişli variant tapa bilməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR