Bank Of Baku

İranın vitse-prezidenti Rusiyaya səfər edəcək

İranın vitse-prezidenti Rusiyaya səfər edəcək
# 05 dekabr 2012 09:10 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli – APA. İranın vitse-prezidenti və Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri Məhəmməd Cavad Məhəmmədizadə  Xəzər dənizi ilə bağlı keçiriləcək konfransda iştirak etmək üçün Rusiyaya səfər edəcək. APA-nın İRNA-ya istinadən məlumatına görə, konfransda Xəzərin ətraf mühitinin mühafizəsi üzrə çərçivə konvensiyasına (Tehran Konvensiyası) qoşulan  dövlətlər iştirak edəcək. Dekabrın 10-da başlayacaq tədbir 2 gün davam edəcək.

 

Qeyd edək ki, Xəzərin ekologiyasına və mühafizəsinə həsr olunan Tehran Konvensiyası 5 Xəzəryanı dövlət (Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan) tərəfindən 2003-cü ilin noyabrın 4-də Tehranda imzalanıb, 2006-cı ilin avqustunda qüvvəyə minib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR