Bakı. Könül Cəfərli – APA. İran parlamentinin sədr müavini Məhəmmədrza Bahünər prezidentliyə namizəd olacağını rəsmi şəkildə açıqlayıb. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, M. Bahünər bunu martın 13-də İranın Xorasane Rəzəvi vilayətində əhali qarşısında çıxışı zamanı bəyan edib.
Qeyd edək ki, M. Bahünər İranda mühafizəkar qanadına mənsubdur, eyni zamanda Mühəndislərin İslami Cəmiyyətinin baş katibidir.
İranda prezident seçkiləri bu il iyunun 14-də keçiriləcək.