Bank Of Baku

İranın xam neft ixracı 36% azalıb

İranın xam neft ixracı 36% azalıb
# 12 iyul 2013 15:46 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Beynəlxalq Enerji Agentliyi (BEA) iyulun 11-də növbəti aylıq hesabatını dərc edib.

 

APA-nın “Oyannews”a istinadən məlumatına görə, sənəddə bildirilir ki, bu ilin iyununda İranın xam neft ixracı may ayı ilə müqayisədə 36% azalıb: “Belə ki, İran bu ilin mayında 1 mln. 250 min barel neft ixrac edib. Ancaq bu rəqəm iyun ayında 800 min barelə düşüb. İranın may ayında neft ixracı 1 mln. 390 min barel olub”.

 

Hesabatda qeyd edilir ki, Çinin may ayında İrandan neft idxalının iki dəfə artmasına səbəb aprel ayında aldığı neftin gecikməsi olub: “Yəni rəsmi Pekin həm aprel, həm də may ayının neftini birlikdə ixrac edib. Ona görə də İrandan Çinə gündəlik neft ixracı 550 min barel olub. Ancaq bununla belə, Çin yenə də İrandan may ayı üçün razılaşdırılmış neftin hamısını idxal edə bilməyib. Bu səbəbdən Çinin İrandan ixrac etdiyi neftin miqdarı iyun ayında yenidən azalıb və gündəlik 390 min barelə düşüb”.

 

Sənəddə həmçinin bildirilir ki, Yaponiya İrandan ixrac etdiyi neftin miqdarını iyun ayında yarıdan da çox azaldaraq gündəlik 100 min barelə endirib: “Yaponiya İrandan may ayında gündəlik 240 min barel neft alırdı”.

 

Eyni zamanda hesabatda vurğulanır ki, İranın neft hasilatı iyun ayında may ayına nisbətən 20 min barel artaraq gündəlik 2,7 milyon barel olub.

 

Qeyd edək ki, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) iyulun 10-da quruma üzv 12 ölkənin gündəlik neft hasilatı ilə bağlı dərc etdiyi növbəti aylıq hesabatında bu ilin iyun ayında İranın gündəlik neft hasilatının 2 mln. 699 min barel olduğunu açıqlayıb: “Bu göstərici də may ayı ilə eynidir, yəni heç dəyişməyib. Ancaq 2011 və 2012-ci illərin iyun ayı ilə müqayisədə 304 min və 959 min barel azalma deməkdir”. İran isə özünün gündəlik neft hasilatının 3 mln. 708 min barel olduğunu açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR