Bank Of Baku

İranın xarici işlər naziri Rusiya ilə “S-300” kompleksləri barədə danışıqlar aparıldığını təsdiqləyib

İranın xarici işlər naziri Rusiya ilə “S-300” kompleksləri barədə danışıqlar aparıldığını təsdiqləyib
# 27 yanvar 2015 11:34 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Mən çox şadam ki, İranla Rusiya arasında daha geniş əməkdaşlıq üçün əsas yaranıb”. APA-nın məlumatına görə, bunu Ermənistanda səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İranın Rusiyadan “S-300” zenit-raket kompleksi almağa hazır olması ilə bağlı sualı cavablandırarkən deyib. O bildirib ki, bununla bağlı danışıqlar aparılıb: “Mən ümid edirəm ki, bu danışıqlarda məsələ həll olunacaq. Biz problemin danışılar nəticəsində və Rusiya ilə İran arasında ikitərəfli münasibətlər çərçivəsində həll olunmasının tərəfdarıyıq”.

 

Qeyd edək ki, bu yaxınlarda Rusiyanın müdafiə naziri Sergey Şoyqu Tehrana səfər edib. Səfər çərçivəsində İranla Rusiya arasında hərbi əməkdaşlıq sahədə saziş imzalanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR