Bank Of Baku

İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində görüş keçiriləcək

İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində görüş keçiriləcək
# 18 mart 2013 08:34 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. Martın 18-də İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində görüş keçiriləcək.

 

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, iranlı mütəxəssislərdən ibarət nümayəndə heyəti martın 17-də Türkiyənin İstanbul şəhərinə səfər edib. Görüşdə aprelin 5-də Qazaxıstanın Almatı şəhərində İranla “altılıq” ölkələri arasında keçiriləcək nüvə müzakirələrinin proqramı müəyyənləşdiriləcək.

 

Bu arada “Fars” xəbər agentliyi adının çəkilməsini istəməyən mənbəyə istinadən “altılıq” ölkələrinin Almatıda əvvəlki davranışlarından geri addım atdığı barədə məlumat verib: “Qərb ölkələri tərəfindən təqdim edilən təkliflər balanslı deyil. “Altılıq” ölkələri uranın zənginləşdirilməsi, sentrifüqa istehsalı fəaliyyətlərinin tamamilə dayandırılması və İrana qarşı sərt sanksiyalar tətbiq edilməsi kimi davranışlarından geri çəkildi. Qərb ölkələrinin atdığı bu addım İranı qismən məmnun etdi. Lakin bu təkliflər bizim üçün hələlik yetərli deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR