Bank Of Baku

İranla “altılıq” ölkələri arasında müzakirələrin üçüncü mərhələsi başlayıb

İranla “altılıq” ölkələri arasında müzakirələrin üçüncü mərhələsi başlayıb
# 06 aprel 2013 09:11 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Qazaxıstanın Almatı şəhərində İranla “altılıq” ölkələri arasında müzakirələrin üçüncü mərhələsi başlayıb. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, müzakirələrdə “altılıq” ölkələrinə Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton, İran nümayəndə heyətinə isə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili rəhbərlik edir. Danışıqlardan öncə səhər saatlarında K.Eşton və S.Cəlili arasında ikili görüş keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR