APA-nın İRİB-ə istinadən məlumatına görə, danışıqların dördüncü mərhələsi bu gün fasilədən sonra keçiriləcək. Müzakirələrin təfərrüatı ilə bağlı hələlik mətbuata açıqlama verilməyib. Günün sonunda tərəflərin mətbuat konfransı keçirəcəyi gözlənilir.
Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında növbəti müzakirələr Qazaxıstanın Almatı şəhərində dünən başlayıb. Danışıqlarda “altılıq” ölkələrinə Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton, İran nümayəndə heyətinə isə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili rəhbərlik edib.