APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, tərəflər arasında bu il oktyabrın 28-də görüşmək barədə razılıq əldə olunub. Ancaq danışıqların harada keçiriləcəyi ilə bağlı heç bir məlumat verilməyib.
Qeyd edək ki, sentyabrın 27-də İranla AEBA arasında növbəti nüvə danışıqları keçirilib. Tərəflər arasında görüş Vyanada AEBA-nın mənzil-qərargahında baş tutub. Danışıqlarda İran nümayəndə heyətinə bu ölkənin agentlikdəki yeni daimi nümayəndəsi, səfir Rza Nəcəfi, qarşı tərəfə isə AEBA icraçı direktorunun müavini Herman Nakarets rəhbərlik edib. Ancaq tərəflər arasında görüş yenə nəticəsiz başa çatıb. Danışıqların detalları barədə ətraflı məlumat verilməyib. Ümumiyyətlə, indiyədək İranla agentlik arasında aparılmış danışıqlar nəticəsiz başa çatıb və heç bir razılıq əldə olunmayıb. Tərəflər arasında əsas mübahisəli məsələlərdən biri Parçin hərbi sənaye kompleksidir.