Bank Of Baku

İranla AEBA arasında nüvə müzakirələrinin tarixi məlum olub

İranla AEBA arasında nüvə müzakirələrinin tarixi məlum olub
# 29 avqust 2013 08:00 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında növbəti nüvə müzakirələrinin tarixi və yeri məlum olub.

 

APA-nın məlumatına görə, “Reuters” agentliyi AEBA-nın sözçüsünə istinadən xəbər verir ki, tərəflər arasında görüş sentyabrın 27-də Vyanada keçiriləcək.

 

Qeyd edək ki, indiyədək İranla agentlik arasında aparılmış danışıqlar nəticəsiz başa çatıb və heç bir razılıq əldə olunmayıb. Tərəflər arasında əsas mübahisəli məsələ Parçin hərbi sənaye kompleksidir.

 

Belə ki, agentlik İranın həmin obyektdə şübhəli nüvə fəaliyyətləri və sınaqlar həyata keçirdiyinə inanır, bu baxımdan kompleksə baxış keçirmək niyyətindədir. Ancaq İran bu ittihamları rədd edir və AEBA mütəxəssislərinin Parçinə baxış keçirməsinə icazə vermir.

 

Bu günlərdə isə ABŞ-ın Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu (İSİS) peykdən çəkilmiş görüntülərlə İranın bu obyektdə asfaltlama işləri apardığını açıqlayıb.

  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR