Bank Of Baku

İranlı admiral: “Xəzəryanı ölkələr əməkdaşlıq etməklə dənizin təhlükəsizliyini bərqərar edə bilərlər”

İranlı admiral: “Xəzəryanı ölkələr əməkdaşlıq etməklə dənizin təhlükəsizliyini bərqərar edə bilərlər”
# 28 noyabr 2012 07:35 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli – APA. “Xəzər dənizinin təhlükəsizliyi və stabilliyinin qorunmasında kənar qüvvələrə ehtiyac yoxdur”. APA-nın İRNA-ya istinadən məlumatına görə, bunu İranın şimal donanmasının komandanı, admiral Xordad Həkimi bildirib.

 

Onun sözlərinə görə, Xəzəryanı ölkələr bu böyük su akvatoriyasında təhlükəsizliyin bərqərar olunmasına yalnız bir-biri ilə əməkdaşlıq etməklə zəmanət verə bilərlər. X.Həkimi həmçinin İranın Xəzər dənizinin 20%-nə hakim olduğunu deyərək, ölkəsinin dənizin akvatoriyasındakı neft platformasındakı fəaliyyətinə də toxunub: “İranın şimal donanması yerli mütəxəssislər və mühəndislərin fəaliyyətlərini davam etdirə bilməsi üçün bu platformanın təhlükəsizliyinin təmin edilməsini üzərinə öhdəlik kimi götürüb. İranın şimal donanması Xəzəryanı ölkələr üçün dostluq və sülh mesajını özündə daşıyır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR