Bank Of Baku

İranlı deputat Məkkədə hücuma məruz qalıb

İranlı deputat Məkkədə hücuma məruz qalıb
# 15 iyul 2013 10:59 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran parlamentinin deputatı Səudiyyə Ərəbistanında hücuma məruz qalıb.

 

APA-nın İRİB-ə istinadən məlumatına görə, höccətülislam Mürtəza Hüseyni Məkkə şəhərində sübh namazından qayıdarkən yolda naməlum şəxslər tərəfindən qarşısı kəsilib. Onlar iranlı millət vəkilini vəhşicəsinə döyərək yaralayıblar.

 

Hadisəyə münasibət bildirən İran xarici işlər nazirinin konsulluq, parlament və xaricdəki məsələlər üzrə müavini Həsən Qaşqavi deyib ki, Səudiyyə Ərəbistanı hökuməti bu ölkədəki İran vətəndaşlarının təhlükəsizliyinin qorunmaması məsələsi ilə bağlı izahat verməlidir. Onun sözlərinə görə, artıq İran XİN M.Hüseyninin bu hadisə ilə bağlı məktubla müraciətindən sonra lazımi prosedurları başladıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR