Bakı. Könül Cəfərli – APA. İran parlamentinin deputatları martın 4-də ABŞ-a səfər edəcəklər. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, millət vəkilləri Səkinə Omrani və Neyyərə Ahavan Bitaraf Nyu-Yorkda qadınlarla bağlı keçiriləcək beynəlxalq tədbirdə iştirak edəcəklər.
İranlı deputatlar martın 8 Tehrana qayıdacaqlar.