Bank Of Baku

İranlı futbolçu türkləri növbəti dəfə təhqir edib - FOTO

İranlı futbolçu türkləri növbəti dəfə təhqir edib - <span style="color: red;">FOTO
# 27 mart 2013 13:08 (UTC +04:00)

 APA-nın məlumatına görə, martın 25-də keçirilən matçda İran yığmasının oyunçusu Möhsün Müsəlman komandasının üçüncü qolunu vurduqdan sonra üzünü stadiondakı türklərə tutaraq onları əl hərəkəti ilə təhqir edib. O əllərini qulaqlarına apararaq eşşəyi yamsılayıb və bununla türklərə “eşşəksiniz” mesajı göndərib.

 

Qeyd edək ki, M. Müsəlman İsfahanın “Zob Ahən” futbol komandasının oyunçusudur. O bu il yanvarın 24-də Təbrizin “Traktor” komandası ilə “Zob Ahən” futbol komandalarının oyununda da qol vurduqdan sonra üzünü stadiondakı 40 min nəfərlik “Traktor” azarkeşlərinə tutaraq,  onları eyni cür təhqir edib. Oyundan  sonra “Zoh Ahən” komandasının məşqçisi M. Müsəlmanın bu hərəkətindən narahat olduğunu və oyunçunun 20 milyon tümən miqdarında cərimələndiyini açıqlayıb.

 

Dohada keçirilən U-23 turnirinin final matçı İran yığmasının 3-2 hesablı qələbəsi ilə başa çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR